Text copied!
Bibles in South Azerbaijani

Luka 24:14-20 in South Azerbaijani

Help us?

Luka 24:14-20 in Azərbaycan dilində Müqəddəs Kitab

14 Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.
15 Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.
16 Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
17 İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.
18 Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»
19 İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.
20 Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.
Luka 24 in Azərbaycan dilində Müqəddəs Kitab