Text copied!
Bibles in South Azerbaijani

Luka 23:38-49 in South Azerbaijani

Help us?

Luka 23:38-49 in Azərbaycan dilində Müqəddəs Kitab

38 Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39 Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40 O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41 Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42 Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44 Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
45 günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
46 İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi.
47 Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi.
48 Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü.
49 İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar.
Luka 23 in Azərbaycan dilində Müqəddəs Kitab