Text copied!
Bibles in South Azerbaijani

Luka 23:35-45 in South Azerbaijani

Help us?

Luka 23:35-45 in Azərbaycan dilində Müqəddəs Kitab

35 Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
37 belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38 Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39 Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40 O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41 Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42 Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».
44 Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü,
45 günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı.
Luka 23 in Azərbaycan dilində Müqəddəs Kitab