Text copied!
Bibles in South Azerbaijani

Luka 22:61-69 in South Azerbaijani

Help us?

Luka 22:61-69 in Azərbaycan dilində Müqəddəs Kitab

61 Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı.
62 Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
63 İsanı tutub saxlayan adamlar Onu ələ sala-sala döyürdülər.
64 Gözlərini bağlayıb Ondan soruşurdular: «Peyğəmbərlik elə görək, Səni vuran kimdir?»
65 Ona başqa sözlər də deyib çoxlu böhtan atırdılar.
66 Səhər açıldıqda xalqın ağsaqqalları, başçı kahinlər və ilahiyyatçılar yığıldı və İsanı öz Ali Şuralarına gətirdilər.
67 Onlar dedilər: «Bizə de, Məsih Sənsənmi?» İsa onlara dedi: «Əgər sizə desəm, inanmazsınız.
68 Əgər sizdən soruşsam, Mənə cavab verməyəcəksiniz.
69 Bundan sonra isə Bəşər Oğlu qüdrətli Allahın sağında oturacaq».
Luka 22 in Azərbaycan dilində Müqəddəs Kitab