Text copied!
Bibles in South Azerbaijani

Luka 20:19-24 in South Azerbaijani

Help us?

Luka 20:19-24 in Azərbaycan dilində Müqəddəs Kitab

19 İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
20 İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi.
21 Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən.
22 Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
23 Amma İsa onların hiyləsini başa düşüb belə dedi:
24 «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin».
Luka 20 in Azərbaycan dilində Müqəddəs Kitab