Text copied!
Bibles in South Azerbaijani

Luka 1:33-48 in South Azerbaijani

Help us?

Luka 1:33-48 in Azərbaycan dilində Müqəddəs Kitab

33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».
34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».
35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.
36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.
37 Çünki Allah üçün mümkün olmayan şey yoxdur».
38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
39 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.
40 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı.
41 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub
42 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!
43 Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?
44 Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.
45 Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»
46 Məryəm isə dedi:
47 «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır,
48 Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
Luka 1 in Azərbaycan dilində Müqəddəs Kitab