Text copied!
Bibles in South Azerbaijani

Luka 18:25-35 in South Azerbaijani

Help us?

Luka 18:25-35 in Azərbaycan dilində Müqəddəs Kitab

25 Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26 Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»
27 O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28 Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29 İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,
30 bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
31 İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.
32 Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək
33 və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».
34 Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
35 İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.
Luka 18 in Azərbaycan dilində Müqəddəs Kitab