Text copied!
Bibles in South Azerbaijani

Levililər 7:22-34 in South Azerbaijani

Help us?

Levililər 7:22-34 in Azərbaycan dilində Müqəddəs Kitab

22 Rəbb Musaya dedi:
23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.
24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.
25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.
26 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;
27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
28 Rəbb Musaya dedi:
29 «İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin.
30 Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin.
31 Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun.
32 Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;
33 həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.
34 Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.
Levililər 7 in Azərbaycan dilində Müqəddəs Kitab