Text copied!
Bibles in South Azerbaijani

Levililər 7:21-27 in South Azerbaijani

Help us?

Levililər 7:21-27 in Azərbaycan dilində Müqəddəs Kitab

21 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
22 Rəbb Musaya dedi:
23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.
24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.
25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.
26 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;
27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
Levililər 7 in Azərbaycan dilində Müqəddəs Kitab