Text copied!
Bibles in South Azerbaijani

Levililər 6:23-27 in South Azerbaijani

Help us?

Levililər 6:23-27 in Azərbaycan dilində Müqəddəs Kitab

23 Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir».
24 Rəbb Musaya dedi:
25 «Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir.
26 Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin.
27 Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun.
Levililər 6 in Azərbaycan dilində Müqəddəs Kitab