Text copied!
Bibles in South Azerbaijani

Levililər 27:15-27 in South Azerbaijani

Help us?

Levililər 27:15-27 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın.
16 Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun.
17 Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın.
18 Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın.
19 Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın.
20 Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz.
21 O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun.
22 Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə,
23 qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin.
24 Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın.
25 Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.
26 Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir.
27 Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın.
Levililər 27 in Azərbaycan dilində Müqəddəs Kitab