Text copied!
Bibles in South Azerbaijani

Levililər 26:37-41 in South Azerbaijani

Help us?

Levililər 26:37-41 in Azərbaycan dilində Müqəddəs Kitab

37 büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq.
38 Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq.
39 Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər.
40 Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını etiraf etsələr,
41 – buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr,
Levililər 26 in Azərbaycan dilində Müqəddəs Kitab