Text copied!
Bibles in South Azerbaijani

Levililər 25:36-42 in South Azerbaijani

Help us?

Levililər 25:36-42 in Azərbaycan dilində Müqəddəs Kitab

36 Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin.
37 Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver.
38 Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.
39 Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə.
40 Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin,
41 sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın.
42 Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar.
Levililər 25 in Azərbaycan dilində Müqəddəs Kitab