Text copied!
Bibles in South Azerbaijani

Levililər 25:20-27 in South Azerbaijani

Help us?

Levililər 25:20-27 in Azərbaycan dilində Müqəddəs Kitab

20 ‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin:
21 altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək.
22 Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin.
23 Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.
24 Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın.
25 Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər.
26 Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatıb geri satınalma məbləği tapsa,
27 qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun.
Levililər 25 in Azərbaycan dilində Müqəddəs Kitab