Text copied!
Bibles in South Azerbaijani

Levililər 20:7-11 in South Azerbaijani

Help us?

Levililər 20:7-11 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Buna görə də özünüzü təqdis edin və müqəddəs olun, çünki Allahınız Rəbb Mənəm.
8 Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm.
9 Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir.
10 Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir.
11 Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir.
Levililər 20 in Azərbaycan dilində Müqəddəs Kitab