Text copied!
Bibles in South Azerbaijani

Levililər 19:2-14 in South Azerbaijani

Help us?

Levililər 19:2-14 in Azərbaycan dilində Müqəddəs Kitab

2 «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.
3 Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm.
4 Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.
5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.
6 Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.
7 Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar.
8 O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.
9 Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın.
10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.
11 Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.
12 Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.
13 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.
14 Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.
Levililər 19 in Azərbaycan dilində Müqəddəs Kitab