Text copied!
Bibles in South Azerbaijani

Levililər 18:15-20 in South Azerbaijani

Help us?

Levililər 18:15-20 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.
16 Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.
17 Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.
18 Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19 Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.
20 Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.
Levililər 18 in Azərbaycan dilində Müqəddəs Kitab