Text copied!
Bibles in South Azerbaijani

Levililər 16:6-12 in South Azerbaijani

Help us?

Levililər 16:6-12 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin.
7 Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın.
8 Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin.
9 Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin.
10 Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin.
11 Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin.
12 Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin.
Levililər 16 in Azərbaycan dilində Müqəddəs Kitab