Text copied!
Bibles in South Azerbaijani

Levililər 14:16-43 in South Azerbaijani

Help us?

Levililər 14:16-43 in Azərbaycan dilində Müqəddəs Kitab

16 sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
17 Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün.
18 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.
19 Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib
20 onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın.
21 Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı,
22 biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar.
23 Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.
24 Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və
25 təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.
26 Kahin zeytun yağından bir az sol ovcuna töksün
27 və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin.
28 Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.
29 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.
30 Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.
31 Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».
32 Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.
33 Rəbb Musaya və Haruna dedi:
34 «Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,
35 qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin.
36 Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.
37 Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,
38 kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.
39 Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa,
40 onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın.
41 Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər.
42 Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar.
43 Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,
Levililər 14 in Azərbaycan dilində Müqəddəs Kitab