Text copied!
Bibles in South Azerbaijani

Levililər 11:9-18 in South Azerbaijani

Help us?

Levililər 11:9-18 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz.
10 Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun.
11 Onların ətini yeməyin və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun.
12 Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun.
13 Quşlardan bunları iyrənc olduğuna görə yeməyin: qartal, keçələkərkəs, qaraquş,
14 çalağan, bütün şahin cinsindən olanlar,
15 bütün qarğa cinsindən olanlar,
16 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,
17 yapalaq, qarabatdaq, böyük bayquş,
18 ağ bayquş, qutan, leş kərkəsi,
Levililər 11 in Azərbaycan dilində Müqəddəs Kitab