Text copied!
Bibles in South Azerbaijani

Levililər 11:24-37 in South Azerbaijani

Help us?

Levililər 11:24-37 in Azərbaycan dilində Müqəddəs Kitab

24 Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar sayılsın.
25 Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun; axşama qədər murdar sayılsın.
26 Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın.
27 Pəncələri üstündə yeriyən dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar sayılsın.
28 Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar sizin üçün murdar sayılsın.
29 Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər növ kərtənkələ,
30 gekkon, varan, kərtəncik, kələz, buqələmun.
31 Bunlar bütün qaynaşan heyvanlar arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın.
32 Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın.
33 Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın.
34 Belə bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır.
35 O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun.
36 Ancaq su bulağı yaxud su anbarı pak sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın.
37 Bunlardan birinin leşi əkin üçün ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın.
Levililər 11 in Azərbaycan dilində Müqəddəs Kitab