14 çalağan, bütün şahin cinsindən olanlar,
15 bütün qarğa cinsindən olanlar,
16 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,
17 yapalaq, qarabatdaq, böyük bayquş,
18 ağ bayquş, qutan, leş kərkəsi,
19 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.
20 Dördayaqla gəzən, qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun.
21 Lakin dördayaqla gəzən, qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları yeyə bilərsiniz;
22 onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları, bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar.
23 Bütün digər dördayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun.
24 Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar sayılsın.