Text copied!
Bibles in South Azerbaijani

Hakimlər 3:20-28 in South Azerbaijani

Help us?

Hakimlər 3:20-28 in Azərbaycan dilində Müqəddəs Kitab

20 Ehud onun yanına gəldi. Padşah üst mərtəbədəki sərin otağında tənha qalırdı. Ehud ona dedi: «Allahdan sənə bir sözüm var». Padşah kürsüsündən qalxdı.
21 Ehud isə sol əlini uzadıb sağ buduna bağladığı xəncəri çıxarıb padşahın qarnına soxdu.
22 Xəncəri elə bərk vurmuşdu ki, tiyənin ardınca qəbzəsi də onun qarnına girmişdi və bağırsaqları yerə tökülmüşdü. Xəncərin tiyəsini isə piy tutmuşdu, çünki Ehud xəncəri padşahın qarnından çıxarmamışdı.
23 Ehud eyvana çıxıb arxasınca yuxarıdakı otağın qapılarını örtüb qıfılladı.
24 O çıxanda padşahın qulları gəlib baxdılar. Yuxarı otağın qapısını qıfıllı görəndə dedilər: «Yəqin padşah yuxarı otaqda ayaqyoluna gedir».
25 Padşahı gözlədilər, lakin otağın qapısını açan olmadığına görə nigaran qaldılar. Sonra açar götürüb qapıları açanda gördülər ki, ağalarının meyiti yerə sərilib.
26 Onlar padşahı gözləyən zaman Ehud artıq aradan çıxmış və daş bütlərin yanından keçib Seiraya qaçmışdı.
27 O, İsrailə çatan kimi Efrayimin dağlıq bölgəsində şeypur çaldı və İsrail övladları onunla birgə dağlıq yerdən aşağı düşdülər. Ehud onların qabağında gedirdi.
28 Ehud İsraillilərə dedi: «Ardımca gəlin, çünki Rəbb düşmənimiz olan Moavlıları sizə təslim etdi». İsrail övladları da Ehudun ardınca enib Moavlılara qarşı bütün İordan çayının keçidlərini bağladılar ki, heç kim keçə bilməsin.
Hakimlər 3 in Azərbaycan dilində Müqəddəs Kitab