Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 8:7-12 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 8:7-12 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı.
8 Ona görə bu şəhərdə bol sevinc var idi.
9 Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi.
10 Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüdrəti budur».
11 Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar.
12 Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular.
Həvarilərin Işləri 8 in Azərbaycan dilində Müqəddəs Kitab