Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 7:38-43 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 7:38-43 in Azərbaycan dilində Müqəddəs Kitab

38 Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
39 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar.
40 Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!”
41 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular.
42 Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
43 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”.
Həvarilərin Işləri 7 in Azərbaycan dilində Müqəddəs Kitab