Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 5:26-33 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 5:26-33 in Azərbaycan dilində Müqəddəs Kitab

26 Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27 Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu:
28 «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
29 Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir.
30 Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi.
31 İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
32 Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33 Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
Həvarilərin Işləri 5 in Azərbaycan dilində Müqəddəs Kitab