Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 24:13-20 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 24:13-20 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər.
14 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram.
15 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm.
16 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram.
17 Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim.
18 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi.
19 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər.
20 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar.
Həvarilərin Işləri 24 in Azərbaycan dilində Müqəddəs Kitab