Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 19:9-18 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 19:9-18 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Bəziləri inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, Tiranın mühazirə otağında hər gün mübahisələr edirdi.
10 Bu vəziyyət iki il davam etdi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan – bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi.
11 Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı.
12 Belə ki Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə, götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı.
13 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdilər: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!»
14 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi.
15 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?»
16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdılar.
17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü.
18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
Həvarilərin Işləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab