Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 19:29-32 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 19:29-32 in Azərbaycan dilində Müqəddəs Kitab

29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu.
30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar.
31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın.
32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib.
Həvarilərin Işləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab