Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 19:17-22 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 19:17-22 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü.
18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi.
19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi.
20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm».
22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir müddət Asiya vilayətində qaldı.
Həvarilərin Işləri 19 in Azərbaycan dilində Müqəddəs Kitab