Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 18:5-16 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 18:5-16 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Sila ilə Timotey Makedoniyadan gələn kimi Paul özünü tamamilə kəlama həsr etdi və Yəhudilərə İsanın Məsih olmasına dair şəhadət edirdi.
6 Amma Yəhudilər onun əleyhinə çıxaraq böhtan atmağa başlayan kimi Paul yaxasını çırpıb onlara dedi: «Qanınız öz başınıza dönsün, mən bu işdə təmizəm. Bundan sonra başqa millətlərdən olanların yanına gedəcəyəm».
7 Paul oradan çıxdı, Allaha mömin olan Titi Yust adlı bir nəfərin evinə getdi. Onun evi sinaqoqa bitişik idi.
8 Sinaqoq rəisi Krisp bütün ev əhli ilə birgə Rəbbə iman etdi. Korinflilərin bir çoxu Paulu dinləyəndə iman gətirərək vəftiz oldu.
9 Bir gecə Rəbb görüntüdə Paula dedi: «Qorxma, danış, susma.
10 Bax Mən səninləyəm, heç kimin sənə pisliyi dəyməyəcək, çünki bu şəhərdə xalqım çoxdur».
11 Paul orada il yarım qaldı və dayanmadan xalqa Allahın kəlamını öyrətdi.
12 Axayya valisi Qalliyo olan zaman Yəhudilər birləşərək Paula hücum etdilər və onu valinin hökm kürsüsü qarşısına çıxartdılar.
13 Belə dedilər: «Bu adam Allaha qeyri-qanuni şəkildə ibadət etmək üçün insanları tovlayır».
14 Paul danışmaq istəyirdi ki, Qalliyo Yəhudilərə dedi: «Ey Yəhudilər, əgər ittihamınız bir haqsızlıq və yaxud ağır cinayət işinə görə olsaydı, sizi səbirlə dinləməyi məsləhət bilərdim.
15 Amma məsələlər bir təlimlə, bəzi adlarla və sizin qanununuzla bağlı olduğu üçün bu işi özünüz həll edin. Mən belə şeylərə hakimlik etmək istəmirəm».
16 Beləliklə, onları hökm kürsüsündən qovdu.
Həvarilərin Işləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab