Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 18:16-22 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 18:16-22 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Beləliklə, onları hökm kürsüsündən qovdu.
17 Hamı sinaqoq rəisi Sosteni tutub hökm kürsüsünün qarşısında döydü. Qalliyo isə bu hadisələrə əhəmiyyət vermədi.
18 Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi.
19 Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı.
20 Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı.
21 Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi.
22 Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi.
Həvarilərin Işləri 18 in Azərbaycan dilində Müqəddəs Kitab