Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 16:4-9 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 16:4-9 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər.
5 Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.
6 Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər.
7 Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi.
8 Ona görə Misiyadan keçib Troasa getdilər.
9 O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!»
Həvarilərin Işləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab