Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 16:37-40 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 16:37-40 in Azərbaycan dilində Müqəddəs Kitab

37 Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!»
38 Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular
39 və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər.
40 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.
Həvarilərin Işləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab