Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 16:24-29 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 16:24-29 in Azərbaycan dilində Müqəddəs Kitab

24 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.
25 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.
26 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü.
27 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb.
28 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»
29 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi.
Həvarilərin Işləri 16 in Azərbaycan dilində Müqəddəs Kitab