Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 15:27-39 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 15:27-39 in Azərbaycan dilində Müqəddəs Kitab

27 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər.
28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik:
29 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».
30 Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər.
31 İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər.
32 İkisi də peyğəmbər olan Yəhuda və Sila bir çox danışıqlar apararaq imanlı bacı-qardaşları ürəkləndirib ruhən möhkəmləndirdilər.
33 Bir müddət orada qalandan sonra onları göndərənlərin yanına qayıtmaq üçün bacı-qardaşlar tərəfindən əmin-arxayın yola salındılar.
35 Paulla Barnaba Antakyada qalıb xeyli başqa adamla birlikdə Rəbbin kəlamını öyrədərək Müjdəni yaydılar.
36 Bundan bir qədər sonra Paul Barnabaya dedi: «Rəbbin kəlamını elan etdiyimiz bütün şəhərlərə qayıdıb imanlı bacı-qardaşlara baş çəkək, hal-əhval tutaq».
37 Barnaba istədi ki, Mark adlanan Yəhyanı da aparsınlar.
38 Amma Paul Pamfiliyada onları atıb gedən, onlarla birlikdə işini başa çatdırmayan adamı özləri ilə götürməyi məsləhət bilmədi.
39 Onların arasında elə kəskin fikir ayrılığı oldu ki, bir-birlərindən ayrıldılar. Barnaba Markı götürüb Kiprə doğru yelkən açdı.
Həvarilərin Işləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab