Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 15:25-30 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 15:25-30 in Azərbaycan dilində Müqəddəs Kitab

25 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq.
26 Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb.
27 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər.
28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik:
29 Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».
30 Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər.
Həvarilərin Işləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab