Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 15:23-28 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 15:23-28 in Azərbaycan dilində Müqəddəs Kitab

23 Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam!
24 Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq.
25 Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq.
26 Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb.
27 Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər.
28 Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik:
Həvarilərin Işləri 15 in Azərbaycan dilində Müqəddəs Kitab