Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 13:8-14 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 13:8-14 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Lakin adı cadugər mənasını verən Elima, yəni Baryeşu buna qarşı çıxaraq valini imandan azdırmağa çalışırdı.
9 Amma Müqəddəs Ruhla dolan Şaul, yəni Paul gözlərini Elimaya dikib
10 dedi: «Ey iblis oğlu, ürəyin hər cür hiylə və fırıldaqla doludur. Ey salehliyə tamamilə düşmən kəsilən, Rəbbin haqq yolunu əyri qələmə verməkdən əl çəkməyəcəksənmi?
11 İndi isə bax, sənin üstünə Rəbbin əli gəlir. Kor olacaqsan, bir müddət gün işığı görməyəcəksən». O anda həmin adamın üzərinə bir duman, bir qaranlıq çökdü. Ora-bura gəzərək kimisə axtarırdı ki, onun əlindən tutub yol göstərsin.
12 Olanları görən vali Rəbbin təliminə təəccübləndi və iman etdi.
13 Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı.
14 Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular.
Həvarilərin Işləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab