Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 13:46-50 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 13:46-50 in Azərbaycan dilində Müqəddəs Kitab

46 Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq.
47 Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”».
48 Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi.
49 Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı.
50 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular.
Həvarilərin Işləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab