Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 13:38-43 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 13:38-43 in Azərbaycan dilində Müqəddəs Kitab

38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq,
39 iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
40 Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41 “Baxın, siz ey xor baxanlar, Mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Sizə danışsaydılar, inanmazdınız”».
42 Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar.
43 Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
Həvarilərin Işləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab