Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 13:32-41 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 13:32-41 in Azərbaycan dilində Müqəddəs Kitab

32 Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib,
33 Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”.
34 Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”.
35 Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”.
36 Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi.
37 Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi.
38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq,
39 iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
40 Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin:
41 “Baxın, siz ey xor baxanlar, Mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Sizə danışsaydılar, inanmazdınız”».
Həvarilərin Işləri 13 in Azərbaycan dilində Müqəddəs Kitab