Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 12:6-8 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 12:6-8 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Peter Hirodun ona məhkəmə quracağı günün əvvəlki gecəsi iki əsgər arasında bir cüt zəncirə bağlanmış halda yatırdı. Qarovulçular da qapıda dayanıb zindanın təhlükəsizliyini qoruyurdu.
7 Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi: «Tez ol, qalx». O andaca Peterin biləklərindəki zəncirlər düşdü.
8 Mələk ona dedi: «Qurşağını bağla, çarığını geyin». Peter belə də etdi. Mələk yenə dedi: «Üst paltarını geyin, ardımca gəl».
Həvarilərin Işləri 12 in Azərbaycan dilində Müqəddəs Kitab