Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 12:19-23 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 12:19-23 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı.
20 Hirod Sur və Sidon əhalisinə qarşı hiddətindən alışıb-yanırdı. Onlar birlikdə onun yanına gəlib sarayın məişət işləri üzrə müdiri Blastı öz tərəflərinə çəkərək sülh istədiklərini bildirdilər. Çünki onların ölkəsi padşahın ölkəsindən gələn ərzaqdan asılı idi.
21 Təyin olunan gündə şahlıq libasını geyən Hirod hökm kürsüsünə oturaraq Sur və Sidonlulara müraciət etdi.
22 Camaat qışqırmağa başladı: «Bu bir insanın səsi deyil, bir allahın səsidir!»
23 O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı.
Həvarilərin Işləri 12 in Azərbaycan dilində Müqəddəs Kitab