Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 10:8-13 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 10:8-13 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
9 Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
10 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
11 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
12 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
13 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
Həvarilərin Işləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab