Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 10:3-16 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 10:3-16 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Bir gün təxminən doqquzuncu saat radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı: «Ey Korneli!»
4 Korneli qorxa-qorxa ona baxıb dedi: «Nədir, ey ağam?» Mələk ona dedi: «Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu.
5 İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
6 O, dabbağ Şimonun dəniz kənarındakı evində qonaqdır».
7 Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əsgəri çağırtdırdı.
8 Onlara hər şeyi danışdı və sonra onları Yafoya göndərdi.
9 Ertəsi gün təxminən altıncı saat radələrində, onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua etmək üçün dama çıxdı.
10 O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı.
11 O gördü ki, göy yarıldı, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq yerə endi.
12 Onun üstündə hər cür dördayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi.
13 Ona bir səda gəldi: «Qalx, Peter, kəs və ye!»
14 Peter Ona dedi: «Əsla, ya Rəbb! Mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm».
15 Səda ikinci dəfə yenə gəldi və Peterə dedi: «Allahın halal dediyi şeylərə sən haram demə».
16 Bu, üç dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi.
Həvarilərin Işləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab