Text copied!
Bibles in South Azerbaijani

Həvarilərin Işləri 10:17-25 in South Azerbaijani

Help us?

Həvarilərin Işləri 10:17-25 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb
18 bərkdən soruşdular: «Peter deyə çağırılan Şimon burada qalırmı?»
19 Bu zaman görüntü barədə fikirləşən Peterə Ruh belə dedi: «Bax səni üç kişi axtarır.
20 Dur, aşağı en və heç tərəddüd etmədən onlarla get. Çünki onları Mən göndərmişəm».
21 Peter aşağı enib həmin adamlara dedi: «Axtardığınız adam mənəm. Niyə gəlmisiniz?»
22 Onlar dedilər: «Korneli adlı bir yüzbaşı var. O, saleh və Allahdan qorxan kişidir; buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr etdi ki, səni öz evinə çağırtdırsın və deyəcəyin sözlərə qulaq assın».
23 Bundan sonra Peter onları içəri dəvət edib qonaq saxladı. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldu.
24 Sonrakı gün Qeysəriyyəyə çatdı. Korneli öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi.
25 Peter içəri girəndə Korneli ayağına düşüb ona səcdə etdi.
Həvarilərin Işləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab