Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 7:48-51 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 7:48-51 in Azərbaycan dilində Müqəddəs Kitab

48 Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;
49 iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar;
50 xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.
51 Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.
Birinci Padşahlar 7 in Azərbaycan dilində Müqəddəs Kitab