Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 7:13-35 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 7:13-35 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Padşah Süleyman Xiram adlı bir nəfəri Surdan gətirtdi.
14 Onun anası Naftali qəbiləsindən dul bir qadın, atası isə Surlu bir misgər idi. Xiram tuncdan hər cür şey qayırmaq işində hikmətli, dərrakəli və bilikli idi. O, padşah Süleymanın yanına gəldi və onun bütün işlərini gördü.
15 Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı.
16 O, sütunların üstünə qoymaq üçün tökmə tuncdan iki başlıq düzəltdi. Hər iki başlığın hündürlüyü beş qulac idi.
17 Sütunların üstündə olan başlıqlarda hörmə torlar və zəncirvari çələnglər var idi. Hər iki başlıqda yeddi dənə var idi.
18 O, sütunları belə düzəltdi. Sütunların üstündəki başlıqları örtmək üçün hörmə torların ətrafında iki cərgə nar düzəltdi və hər başlıq üçün də belə etdi.
19 Eyvanda olan sütunların üstündəki başlıqlar su zanbağı şəklində düzəldilmişdi və hər birinin hündürlüyü dörd qulac idi.
20 Hər iki sütunun yuxarısında olan başlıqlar hörmə torların yanındakı girdə çıxıntının üst tərəfində idi. Hər başlığın üzərində dairəvi cərgələrdə iki yüz nar var idi.
21 Xiram məbədin eyvanında sütunlar qoydu. Sağ tərəfdə olan sütunu Yakin, sol tərəfdəkini isə Boaz adlandırdı.
22 Sütunların üstündəki başlıqlar su zanbağı şəklində idi. Beləcə sütunların işi qurtardı.
23 Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı.
24 Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.
25 Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.
26 Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu.
27 Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi.
28 Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi.
29 Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi.
30 Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi.
31 Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi.
32 Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi.
33 Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi.
34 Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi.
35 Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi.
Birinci Padşahlar 7 in Azərbaycan dilində Müqəddəs Kitab