15 Atasını yaxud anasını döyən adam öldürülməlidir.
16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.
17 Atasını yaxud anasını söyən adam öldürülməlidir.
18 Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və
19 sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin.
20 Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır.